AZ

XBKK Novorossiysk yaxınlığındakı terminalda təmiri yekunlaşdırıb

Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) Novorossiysk yaxınlığındakı dəniz terminalında 3 nömrəli dayaqdan kənar yanalma qurğusu (KYQ-3) planlı-xəbərdarlıq təmirini başa çatdırıb.

"Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda neft yükləməsi normal rejimdə həyata keçirilir.

KYQ-3-də şlanqların və boruların sualtı hissəsinin qismən dəyişdirilməsi işləri 2025-ci ilin noyabrın ortalarından başlayıb. Təmir qrafiki noyabrın 29-da KYQ-2-yə pilotsuz kater hücumundan sonra düzəldilib. Bu isə kritik zədələrə səbəb olub və KYQ-2 istismardan çıxarılıb. XBKK qeyd edib ki, KYQ-2-ni bərpa etmək mümkün deyil və sökülməsinə hazırlıq gedir.

Konsorsium azı iki dayaqdan kənar yanalma qurğusu eyni vaxtda işlədikdə neft göndərənlərin illik sifarişlərinin yerinə yetirilməsinə zəmanət verir.

Bildirilib ki, bu gündən etibarən terminalda neft yükləmə hər iki saz KYQ-1 və KYQ-3 vasitəsilə həyata keçirilir. Belə olan halda, sistemin buraxılış qabiliyyəti qorunur.

Seçilən
21
1
far.az

2Mənbələr