AZ

MPL: “Sabah” “Karvan-Yevlax”ı darmadağın etdi

Misli Premyer Liqasının 17-ci turunda “Sabah” “Karvan-Yevlax”ı qəbul edib.

İki sahil” yazır ki, yarışın 9-cu dəqiqəsində Aron Maluda hesabı açıb. O, 22-ci dəqiqədə özünün və “Sabah”ın ikinci qolunu vurub. 32-ci dəqiqədə isə Umarali Raxmonaliyev komandasının üçüncü qolunun müəllifi olub – 3-0.

83-cü dəqiqədə Olavale Doyeni buraxılan qollardan birinin əvəzini çıxsa da, 84-cü dəqiqədə Velko Simiç yenidən “Sabah”ın üstünlüyünü üç topa yüksəldib – 4-1.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

17-ci tur

25 yanvar (bazar)

18:30. “Sabah” 4-1 “Karvan-Yevlax”

Qollar: Aron Maluda, 9 (1-0), Aron Maluda, 22 (2-0), Umarali Raxmonaliyev, 32 (3-0), Olavale Doyeni, 83 (3-1), Velko Simiç, 84 (4-1)

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov

VAR: Əli Əliyev

AVAR: Şirmamed Mamedov

Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
30
ikisahil.az

1Mənbələr