AZ

“İlk hissədə üç dəfə fərqlənsək də, 4:1 udsaq da, mənfi nüanslar görürəm” - Valdas Dambrauskas

Misli premyer-liqasının 17-ci turunda “Sabah” “Karvan-Yevlax”ı darmadağın etdi - 4:1.

“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransından hesabatı təqdim edir.

- Azarkeşləri, rəhbərliyi təbrik edirən. Komandam çempionata yaxşı start verdi. Əlbəttə, ilk oyunda qələbə asan deyil. İlk hissədə üç dəfə fərqlənsək də, 4:1 udsaq da, mənfi nüanslar görürəm. “Artırmalıyıq”. Topla çıxarkən hücumların bitiriciliyində çatışmazlıq var. Amma başa düşürəm. Fasilədən sonra yenidən başlamışıq.

- Transferlər olacaq?
- Dəfələrlə demişəm ki, 20-dən artıq oyunçum var. Onlara bələdəm. Doğru oyunçu olarsa, gətirə bilərik. Mənim vəzifəm komandanı idarə etməkdi. Bu işlə rəhbərlik məşğul olur. Şayiələrə inanmayın.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
20
2
football-plus.az

3Mənbələr