AZ

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qaziantep vilayətində zəlzələ olub

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sosial şəbəkədə açıqlama yayıb.

Bildirilib ki, Qaziantepin Nurdağı rayonunda 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 7.82 kilometr dərinlikdə baş verib. İlkin qiymətləndirmələrə görə, heç bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Zəlzələ həmçinin ətraf rayonlarda da hiss olunub.

Seçilən
123
6
publika.az

10Mənbələr