ain.az, Ayna portalına istinadən məlumat yayır.
Maya Sandu: "Bəzi ölkələrlə səfirliklər açmışıq, digərləri ilə isə müxtəlif sahələrdə əməkdaşlıq edirik”
Moldova Prezidenti Maya Sandu Kişinyov hakimiyyətinin yalnız formal deyil, həm də bəzi MDB ölkələri ilə real əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu açıqlayıb. AYNA.AZ “Rupor”a istinadən xəbər verir ki, bu kontekstdə Prezident yeni diplomatik nümayəndəliklərin açılmasından bəhs edib.
"Bəzi ölkələrlə səfirliklər açmışıq, digərləri ilə isə müxtəlif sahələrdə əməkdaşlıq edirik. İndi əvvəllər heç bir əməkdaşlığımız olmadığı sahələrdə əməkdaşlıq qurmuşuq. Başqa sözlə, bu addımlar heç bir şəkildə vətəndaşlarımızın maraqlarına xələl gətirmir", - deyə Sandu qeyd edib.
Moldova Xarici İşlər Nazirliyi əvvəllər ölkənin MDB-dən tamamilə çıxması üçün prosedurların başlandığını, o cümlədən beynəlxalq təşkilatın təsis müqaviləsinin ləğv olunduğunu elan etmişdi.
Moskva öz növbəsində bu qərarın Kreml üçün sürpriz olmadığını bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.