İtaliya A seriyasında 22-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Yuventus” Turində “Napoli”ni qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Napoli” 22 oyundan sonra 43 xalla 3-cü yeri tutur. Antonio Kontenin komandası lider “İnter”dən 9 xal geri qalır. “Yuventus” isə 5-ci pillədədir.
İtaliya A seriyası
22-ci tur
“Yuventus” – “Napoli” 3:0
Qollar: Conatan Devid, 22, Kenan Yıldız, 77, Filip Kostiç, 86.