AZ

"Volkswagen" ABŞ-də zavod tikintisini tariflər səbəbindən ləğv edə bilər

BAKI, 25 yanvar. TELEQRAF

Alman avtomobil konserni "Volkswagen" yalnız ABŞ Prezidenti Donald Trampın tarifləri azaltması halında "Audi" üçün ABŞ-dəzavod tikə bilər.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume bildirib.

Blume qısa müddətli xərclərin azaldılması və uzunmüddətli etibarlı çərçivə şərtlərinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, tariflərin yüksək səviyyədə qalması əlavə böyük investisiyaların maliyyələşdirilməsini mümkünsüz edir.

"Audi" 2023-cü ildən ABŞ-də zavod tikintisini nəzərdən keçirir. Lakin Tramp administrasiyasının Avropa avtomobil istehsalçılarına tarif təzyiqi "Volkswagen Group" üçün 2025-ci ilin ilk doqquz ayında 2,1 milyard avro maliyyə çətinliyi yaradıb.

Blume ABŞ-də biznesin perspektivli strategiyası və artım imkanlarını qeyd etsə də, əvvəllər planlaşdırılan 10% bazar payı hədəfini artıq aktual saymır və addım-addım irəliləməyi vacib hesab edir. ABŞ-də zavodun tikintisi ilə bağlı Tramp administrasiyası ilə müzakirələr aparılsa da, hələlik konkret nəticə yoxdur.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr