AZ

Liverpuldan Londona yollanacaq

Endryu Robertson mövsümün sonunda “Liverpul”dan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb.

31 yaşlı futbolçu karyerasını “Tottenhem”də davam etdirəcək. O, artıq London klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaq barədə razılığa gəlib.

Robertson “Liverpul”u azad agent kimi tərk edəcək. Onun müddəti bu ilin iyun ayına qədər olan müqaviləsi yenilənməyəcək.

Endryu 2017-ci ilin yayından “Liverpul”da oynayır. Şotland futbolçu cari mövsümdə bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
73
1
football-plus.az

2Mənbələr