AZ

Liverpuldan Londona yollanacaq

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Endryu Robertson mövsümün sonunda “Liverpul”dan ayrılacaq."Football-plus.az" xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. 31 yaşlı futbolçu karyerasını “Tottenhem”də davam etdirəcək. O, artıq London klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaq barədə razılığa gəlib.Robertson “Liverpul”u azad agent kimi tərk edəcək. Onun müddəti bu ilin iyun ayına qədər olan müqaviləsi yenilənməyəcək. Endryu 2017-ci ilin yayından “Liverpul”da oynayır. Şotland futbolçu cari mövsümdə bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
1
icma.az

2Mənbələr