AZ

Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır

Kiyev, 26 yanvar, AZƏRTAC

Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının nəticələrini aradan qaldırmaq üçün səylər davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal açıqlama verib.

Bərpa işlərində energetiklər, xilasetmə işçiləri və kommunal xidmət əməkdaşları iştirak edir.

Nazirin sözlərinə görə, Kiyevdə ciddi elektrik enerjisi çatışmazlığı yaşanmaqda davam edir.

Hazırda paytaxtda 800 mindən çox abonent əvvəlki günlərdəki kimi elektrik enerjisiz qalır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
72
5
azertag.az

6Mənbələr