Bakı. Trend:
En-Nesiri "Yuventus"a keçməyəcək, çünki "Fənərbağça"dan icarəəsasında ayrılmaq istəmir.
Trend xəbər verir ki, Turinklubunun idman direktoru Corco Kyellini bu barədə açıqlamaverib:
"En-Nesirinin razılaşmanın formulu ilə bağlı şübhələri var vəvəziyyəti dəyərləndirdikdən sonra danışıqların bitdiyini hesabedirik. Biz En-Nesirini daimi əsaslarla transfer etməyəcəyik."
Qeyd edək ki, daha əvvəl hücumçunun 5 milyon avroya icarəyəgötürülməsi və 19+3 milyon avro qarşılığında satınalma hüquqununrazılaşdırıldığı xəbər verilmişdi.