AZ

Prezident İlham Əliyevin “Qarabağ” İSMARIŞI - UEFA sükutu pozacaqmı?

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində isveçrəli baş hakimin qərəzli davranışına rəğmən, “Ayntraxt”ı oyunun son saniyələrində məğlub edə bildi.

Bununla da olduqca prinsipial bur qələbə qazandı.

Elə həmin gecə Prezident İlham Əliyev “Qarabağ” klubunu təbrik edib. Prezidentin təbrik paylaşımında deyilir:

“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Bəs UEFA Azərbaycan Prezidentinə cavab verəcəkmi? Axı, narazılıq bir dövlətin başçısı səviyyəsində bəyan edilib.

Digər yandan, bəllidir ki, İsveçrə tarixən etnik baxımdan Almaniyaya daha çox bağlıdır. Bu amil hakim təyinatında rol oynaya bilər(di)mi?

Sportinfo.az xəbər verir ki, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa yaranan suallar ətrafında musavat.com-a bunları deyib:

“Məncə, hakim təyinatı ilə bunu əlaqələndirmək olmaz. Hakimin həqiqətən də müəyyən qərəzi açıq şəkildə görünürdü. Bu, VAR hakimi ilə baş hakimin birlikdə müəyyənləşdirdiyi ssenari idi. Diqqət edirsinizsə, heç formal olaraq hakimin izi itirmək üçün VAR-a getməsi də məqsədəuyğun olmadı. Adətən belə situasiyalarda hakim qərar alır ki, gedib VAR-a baxsın, televiziyada təkrarı izləsin və sonra yekun qərarı versin. Burada baxıb qərar verə bilərdi. Amma baxmağa ehtiyac duymadı ki, birdən baxışda müəyyən məsələlər aydınlaşar”.

F. Mustafaya görə, bu səbəbə baş hakim çox müəmmalı bir qərar verib:

“Həmin qərardan sonra həqiqətən hamıda belə bir rəy yarandı ki, hakim bu gedişlə “Qarabağ”ı susduracaq. Amma “Qarabağ” bir sistem komandası olduğu üçün belə məsələlərdə daha atəşli oyun nümayiş etdirir, necə ki, bunu bir daha sübut etdi. Bu da “Qarabağ”ın nə qədər güclü və iradəli bir klub olduğunu göstərdi. Yəni, komanda oyunu olanda hakimi də məğlub etmək mümkündür. Əslində, burada ölkə başçısı bu məqama xüsusi toxundu ki, hansı şərtlər altında hakim bu oyunda “Qarabağ”ın məğlubiyyəti üçün çabalar göstərdi. Amma “Qarabağ” bunların hamısını məğlub etdi”.

Seçilən
43
sportinfo.az

1Mənbələr