AZ

“İlk azərbaycanlı qadınam ki, Bundesliqada oynayacam”

Almaniyada "Hamburq"a keçən qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Sportinfp.az xəbər verir ki, 23 yaşlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacam.

"Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacam.

Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacam".

Rusiyada - “Zenit”də uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb

Seçilən
49
sportinfo.az

1Mənbələr