AZ

"Mançester Yunayted" Karrikin rəhbərliyi ilə "Arsenal"ı məğlub edərək ikinci qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXIII turunun səfər matçında "Arsenal"ı 3:2 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, oyun "Emirates" stadionunda baş tutub.

Qaliblərin heyətində qolları Brayan Mbemo (37-ci dəqiqə), Patrik Dorqu (51) və Mateus Kunya (87) vurub. Məğlub komandanın heyətində Mikel Merino (84) fərqlənib. "Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines 29-cu dəqiqədə topu öz qapısına vurub.

"Mançester Yunayted" Maykl Karrikin baş məşqçi təyin olunmasından bəri ardıcıl ikinci qələbəsini qazanıb. İngilis mütəxəssis cari mövsümün sonuna qədər müqavilə imzalayaraq 13 yanvarda komandaya rəhbərlik etməyə başlayıb. Ötən tur "Mançester Yunayted" "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.

İngiltərə Premyer Liqasının turnir cədvəlinə "Arsenal" başçılıq edir, "Mançester Yunayted" isə dördüncü yerdədir. Komandaların müvafiq olaraq 50 və 38 xalları var. "Arsenal" 31 yanvarda səfərdə "Lids"lə, "Mançester Yunayted" isə 1 fevralda "Fulhem"lə qarşılaşacaq.

Seçilən
25
far.az

1Mənbələr