AZ

Berlinin yaşayış binasında atışma olub, beş nəfər xəsarət alıb

BAKI, 26 yanvar. TELEQRAF

Berlin şəhərində çoxmənzilli yaşayış binasında baş verən atışma nəticəsində beş nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Focus Online" məlumat yayıb. Hadisə paytaxtın Tirqarten rayonunda yerləşən yaşayış binasının beşinci mərtəbəsində qeydə alınıb.

Məlumata görə, ehtimal olunan cinayətin baş verdiyi mənzildə dörd yaralı aşkarlanıb. Daha bir yaralı isə müstəqil şəkildə ən yaxın xəstəxanaya çatmağı bacarıb. Bildirilir ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır və onlar odlu silahdan yaralanıblar.

Hadisə yerində bir neçə şübhəli şəxs saxlanılıb, hazırda insidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Paris yaxınlığında elektrik qatarında baş verən bıçaqlı hücum nəticəsində iki nəfər yaralanmışdı.

Seçilən
56
teleqraf.com

1Mənbələr