AZ

Böyük Britaniya hökuməti yeni Milli Polis Xidməti yaradır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Böyük Britaniya hökuməti yeni Milli Polis Xidmətinin yaradılacağını elan edib.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Yeni bölmə narkotik qaçaqmalçılığı və insan alveri kimi cinayətlərlə məşğul olan Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin funksiyalarını milli səviyyəli digər qurumların, xüsusən də antiterror və yol polisinin funksiyaları ilə birləşdirəcək.

Agentlik qeyd edir ki, "Britaniya FTB-si"nin rəhbəri - cinayətkarlıqla mübarizə üzrə milli komissar - ölkənin ən yüksəkrütbəli vəzifəli şəxsi olacaq. Hazırda hüquq-mühafizə orqanlarında ən yüksək vəzifəni London Polisinin (Skotland-Yard) rəhbəri tutur.

Britaniya hökuməti bu yenilikləri yanvarın 26-da təqdim etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
oxu.az

1Mənbələr