AZ

Qızıl və gümüş rekord həddə BAHALAŞDI

Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex”də 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq troya unsiyası üçün 5000 dollara çataraq yeni bir rekord səviyyəyə çatıb.

Publika.az xəbər verir ki, saat 03:03-ə olan məlumata görə, qiymətli metalın qiyməti troy unsiyası üçün 5007,5 dollar (+0,49%) təşkil edib.

“Comex”in məlumatlarına görə, 2025-ci ilin dekabr ayında bu birjada çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti də yeni rekord səviyyəyə çataraq troya unsiyası üçün 105 dolları keçib.

Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, qiymətli metalın qiyməti troy unsiyası üçün 105,25 dollar (+1,93%) təşkil edib.

Seçilən
48
publika.az

1Mənbələr