AZ

CNN: ABŞ-də qar fırtınası zonasında yeddi nəfər ölüb

ABŞ-nin qar fırtınasından zərər çəkən ştatlarında azı yeddi nəfər ölüb.

"Far.Az"un CNN-ə istinadən məlumatına görə, Texas, Missuri və Kanzas ştatlarında qar fırtınası ilə bağlı ölüm halları qeydə alınıb. Hakimiyyət orqanları sakinləri evdə qalmağa çağırır.

Ümumilikdə 23 ştatda fövqəladə vəziyyət elan olunub. "NBC News" telekanalının məlumatına görə, şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib və bir milyondan çox istehlakçı elektriksiz qalıb.

Yanvarın 25-də ölkə daxilində 10 mindən çox uçuş ləğv edilib.

Seçilən
110
1
far.az

2Mənbələr