AZ

İtaliyalı bodibilder Andrea Lorini evində ölü tapılıb

BAKI, 26 yanvar. TELEQRAF

İtaliyalı bodibilder Andrea Lorini, “Nəhəng” ləqəbi ilə tanınan idmançı 48 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilib ki, Andrea Lorini İtaliyadakı evində qəfil xəstəlik nəticəsində ölü tapılıb.

Nəşrin məlumatına görə, idmançının ölümünün dəqiq səbəbi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl İspaniya millisinin heyətində çimərlik futbolu üzrə dünya çempionatının gümüş mükafatçısı olmuş David Kordon Kano ölkənin cənubunda baş vermiş dəmir yolu qəzasında həlak olmuşdu.

Seçilən
69
teleqraf.com

1Mənbələr