AZ

Braziliyada keçmiş prezidentə dəstək məqsədilə keçirilən mitinqdə 70 nəfəri ildırım vurub

Bakı, 26 yanvar, AZƏRTAC

Braziliyada keçmiş prezident Jair Bolsonaruya dəstək məqsədilə keçirilən mitinq zamanı ildırım düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. İldırım vurması nəticəsində ümumilikdə 70-dən çox etirazçı xəsarət alıb.

Hadisə nəticəsində 29 nəfər əsasən qol və qarın nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanalara çatıdılıb. Ən azı səkkiz nəfərin vəziyyəti ağırdır.

Sentyabr ayında məhkəmə Bolsonaruya dövlət çevrilişinə görə 27 il üç ay həbs cəzası verib. Həkimlər daha sonra onun xərçəng xəstəliyinə tutulduğunu aşkar ediblər.

Yanvarın 2-də keçmiş prezident xəstəxanadan çıxarılaraq həbsxanaya aparılıb.

Seçilən
59
6
azertag.az

7Mənbələr