AZ

Deputat: “Sülh Şurasının Nizamnaməsi ilə tanış olduqdan sonra biləcəyik ki, hansı dövlətlər nə qədər üzvlük haqqı ödəməlidirlər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Ermənistanın Sülh Şürasına üzvlüklə bağlı 1 milyard dollar ödəməməsi fonunda yaranan müzakirələrdə Azərbaycanın üzvlük haqqı məsələsinin gündəmə gətirilməsi, 1 milyard dolların büdcədə nəzərdə tutulmadığı üçün ölkədə gələcəkdə qiymət artımlarının gözlənildiyi barədə fikirlərə aydınlıq gətirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın Sülh Şurasına təsisçi kimi dəvət olunmssı böyük göstəricidir.

 

A.Hüseynov vurğulayıb ki, Azərbaycan regionda sülhün bərqərar olmasına çox böyük töhfə verib: “Məlumdur ki, Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etdikdən sonra sülh əlini uzatdı, indi də regionda dayanıqlı, əbədi sülhün bərqərar olunması üçün bütün səylərini ortaya qoyub. Azərbaycanın dünyadakı böyük nüfuzunun göstəricisidir ki, məhz ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasında təsisçi kimi iştirak edir. Nizamnamə ilə tanış olduqdan sonra biləcəyik ki, hansı dövlətlər nə qədər üzvlük haqqı ödəməlidirlər. İndidən bu haqda fikir söyləmək tezdir. Əsas məsələ budur ki, Azərbaycanın Sülh Şurasında olması məhz cənab Prezidentin siyasi nüfuzunun böyük göstəricisidir”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Yanvar 2026, 08:01   
Seçilən
12
1
pravda.az

2Mənbələr