AZ

DİQQƏTLİ OLUN: Yardım toplamaq adı ilə dələduzluq halları artıb - VİDEO

Son vaxtlar yardım toplamaq adı ilə dələduzluq halları artıb. Onlar köməyə ehtiyacı olan xəstə, yardıma ehtiyacı olan uşaq şəklini, kart nömrələri paylaşaraq və insanların mərhəmət hissindən istifadə edərək dələduzluğa əl atırlar.

Bakıvaxtı.az-ın məlumatına görə, maraqlısı burasındadır ki, bir çox hallarda vətəndaşlar süni intellektlə hazırlanan videoları real çəkilişdən fərqləndirməkdə çətinlik çəkirlər.

Mövzu ilə bağlı danışan deputat Vüqar İskəndərov deyir ki, bu cür hallardan qorunmağın yolu maariflənmədən keçir.

Bəs, həqiqətən yardıma ehtiyacı olanı yalandan yardım toplayandan necə ayrıd etmək olar?

Deputat hesab edir ki,  müraciət edən şəxs müəyyən olunmalı, onun haqqında ətraflı məlumat əldə edilməlidir. Həqiqətən həmin ünvanda yaşayırmı, həqiqətən yardım istədiyi şəxsin köməyə ehtiyacı varmı? Yalnız araşdırdıqdan sonra addım atmaq lazımdır.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan faktlarla mübarizə tədbirləri həyata keçirilir.

Bəs bu cür fırıldaqçılaır hansı cəza gözləyir?

Hüquqşünas Şamil Paşayev bildirir ki, xeyriyəçilik fəaliyyəti konkret olaraq xeyriyyəçilik təşkilatları, QHT-lər, fondlar tərəfindən müəyyən edilməlidir. Qanunvericiliyə uyğun qeydiyyata alınmalı, onlardan pulların yığılması isə qanuna uyğun həyata heçirilməlidir. Əgər aldatma, sui-istifadə halları varsa, fırıldaqla məşğul olan şəxslər dələduzluq maddəsi ilə 10 ilə qədər həbs oluna bilərlər: "Bu kimi hallar əhalini aldatmaq məqsədilə törədilibsə, kifayət qədər vəsait toplanması ilə nəticələnibsə, dələduzluq cinayəti hesab olunur. Dələduzluq yolu ilə əldə edilən vəsait külli miqdardırsa, yəni məbləğ 50 min manatdan 500 min manatadəkdirsə, buna görə müəyyən olunan cəza 5 ildən 10 ilə qədərdir”.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında: 

Seçilən
85
5
bakivaxti.az

6Mənbələr