Qızılın dünya bazarındakı qiyməti növbəti dəfə tarixi zirvəni fəth edib.
BAKU.WS xəbər verir ki, Nyu-York Ticarət Birjasının tərkibində fəaliyyət göstərən "Comex" platformasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin dəyəri ilk dəfə olaraq bir troya unsiyası üçün 5 min dollar həddini keçib.
Bakı vaxtı ilə saat 03:03-də qiymətli metalın unsiyası 5 007,5 dollar səviyyəsində olub ki, bu da 0,49 faiz artım deməkdir.
Qısa müddət sonra, saat 03:14-də qızılın qiyməti daha da yüksələrək bir troya unsiyası üçün 5 020,7 dollara çatıb. Bu göstərici əvvəlki səviyyə ilə müqayisədə 0,75 faiz artım anlamına gəlir.