AZ

Bir daha Azərbaycan coğrafiyası və milli kimliyi barədə - FOTOFAKT

Sizlərə maraqlı bir kitab təqdim edirəm.Xətib ər-Rumi tərəfindən yazılmış bu əsər XV əsrə aiddir. Müəllif bu tərcümə və şərhini təxminən 1453-cü ildən sonra tamamlamışdır.
Zəkəriyyə əl-Qəzvininin "Əcaibül-məxluqat" əsərinin osmanlı türkcəsindəki genişləndirilmiş tərcüməsidir. O, Qəzvininin orijinal ərəb dilindəki əsərini sadəcə tərcümə etməmiş, eyni zamanda əsərə müxtəlif əlavələr etmiş və onu genişləndirmişdir. Bu versiya çox vaxt "Tercüme-i Acâibü’l-Mahlûkat" başlığı altında bir çox əlyazma nüsxələrində rast gəlinir.
Xətib ər-Rumi Fateh Mehmed dövrünün alimlərindən biri olmaqla yazdığı bu kitab orta əsrlərin "kosmoqrafiya" və təbiət elmləri ensiklopediyası sayılır. Burada kainatın quruluşu, mələklər, göy cisimləri, yer kürəsi, heyvanlar, bitkilər və əfsanəvi varlıqlar haqqında məlumatlar yer alır.
Bu kitabın əlyazmaları adətən miniatürlərlə (qəribə məxluqlar, dəniz canavarları, ulduz xəritələri) bəzədildiyi üçün qeyri adi kitab sayılır.
Xətib ər-Ruminin bu əsərində Azərbaycan həm coğrafi bir bölgəni təmsil edir, həm də onun özünəməxsus təbiət hadisələri ilə zəngin olması qeyd edilir.
Əlyazmada Azərbaycan coğrafi cəhətdən "İqlim-i Azərbaycan" olaraq qeyd edilir və dünyanın ən mühüm təbiət möcüzələrinin cəmləşdiyi yerlərdən biri kimi təqdim olunur.Azərbaycan adı çox vaxt bərəkətli su qaynaqları, mineral ehtiyatlar və xüsusi dini-tarixi əhəmiyyəti olan yerlərlə birgə çəkilir.
Əsərdə bildirilir ki, Azərbaycanın köhnə paytaxtı Marağa şəhəri olmuş, lakin sonra Təbriz olub ki, burada Azərbaycanın ən gözəl və möhtəşəm şəhəri kimi qeyd edilir. Ən mühüm şəhərlər kimi Təbriz, Marağa, Xoy, Urmiya, Ərdəbil, Naxçıvan və başqalarının adı çəkilir.
Kitabda Azərbaycan əhalisini "Türk" və ya "Əhl-i Azərbaycan" kimi ümumiləşdirir. Azərbaycan əhalisinin qədim tarixi köklərinə də toxunur. Azərbaycanın Muğların vətəni olduğunu və Zərdüştün buradan çıxdığını qeyd edir. Bu, bölgənin qədim və köklü bir mədəniyyətə sahib olduğunu faktlarla təsdiq edir.
Müəllif bu kitabı ərəbcədən Osmanlı türkcəsinə tərcümə edərkən, Azərbaycanı özünə yad bir yer kimi deyil, eyni dil ailəsinə və mədəniyyətə mənsub bir coğrafiya kimi təsvir edir. O, qeyd edir ki, sarayda, həm orduda, həm də geniş xalq kütlələri arasında əsas ünsiyyət vasitəsi Türk dilidir.
Bu birdaha sübut edir ki, "Azərbaycan" adı həm Səfəvi, həm də Osmanlı mənbələrində geniş istifadə olunan, sərhədləri kifayət qədər dəqiq müəyyən edilmiş (Aras çayının həm şimalı, həm də cənubunu əhatə edən) mühüm bir inzibati-coğrafi anlayış idi.
Daha ətraflı məlumat üçün Tübingən Universiteti Kitabxanasında əlyazmanı burdan oxuya bilərsiniz
Seçilən
39
news365.az

1Mənbələr