AZ

1 il sonra səhnəyə çıxan xalq artisti: “Ölmədim, sağ qaldım, 1 yaşımı qeyd edəcəm” - FOTO+ÖZƏL

Xalq artisti Fatma Mahmudova 1 il fasilədən sonra səhnəyə çıxıb. Moderator.az xəbər verir ki, xəstəliyinə görə heç bir tamaşada rol almayan xalq artisti “Qorxma, mən səninləyəm” səhnə əsərində oynayıb.
 
Moderator.az-a açıqlama verən sənətkar həyəcanlı olduğunu bildirib:
“Bu ayın 29-da 1 il olacaq ki, səhnəyə həsrət idim. Ölsəydim ilim də çıxacaqdı. Amma mən bu xəstəliyi bir sınaq bilirəm. Allah məni yaşatdı. Səhnə üçün, tamaşaçılar üçün saxladı. Demək olar ki, mən 1 yaşımı qeyd edirəm. Mən yaşamağı bu 1 ilin içində öyrəndim. 1 il fasilədən sonra ardıcıl olaraq iki tamaşada oynadım. Həddindən artıq həyəcan keçirirdim. Qorxurdum ki, yıxılaram. Allaha yalvarırdım ki, yıxılmayım, tamaşaçıların qarşısında pərt olmayım. Ona sığındım, çıxıb iştirak etdim. Elə bil imtahan verirdim. Möhtəşəm idi. Ard-arda iki tamaşa oynadım. Biri yüngül idi, biri isə ağır. Çingiz Əhmədova, Ələkbər Əliyevə təşəkkür edirəm ki, mənə səhnədə dəstək oldular. Teatrımızın direktoru Aqil müəllim də sağ olsun hər zaman mənə diqqət və qayğı göstərir. Onun yaxşılıqlarını unuda bilmərəm. İnşallah fevral ayının 15-də “Bəxtiyar” tamaşasında da səhnəyə çıxacam. Sizin vasitənizlə bütün tamaşaçılarıma təşəkkür edirəm və onları tamaşaya dəvət edirəm”.
Qeyd edək ki, F.Mahmudova bir neçə dəfə insult keçirib. Sonuncu dəfə o, bu ilin yazında insult keçirtmiş və xəstəxanaya yerləşdirilmişdi.
Seçilən
28
moderator.az

1Mənbələr