AZ

Kerrikin “Yunayted”i “Siti”dən sonra “Arsenal”ı da məğlub etdi – Video


İngiltərə Premyer Liqasının 23-cü turunda lider “Arsenal” doğma meydanında “Mançester Yunayted”i qonaq edib.
Yeniavaz.com
xəbər verir ki, maraqlı mübarizə nəticədə “Qırmızı şeytanlar”ın qələbəsi ilə başa çatıb – 2:3.
Matçın 29-cu dəqiqəsində Lisandro Martinez avtoqolla yadda qalıb və qonaqları hesabda geriyə salıb. Lakin növbəti dəqiqələrdə Brayan Mbemo (37) və Patrik Dorqunun (50) qolları ilə “Yunayted” hesabda önə keçib.
84-cü dəqiqədə Mikel Merino meydan sahiblərini önə keçirsə də, 3 dəqiqə sonra Mateuş Kunya topu qapıdan keçirib və nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, “Arsenal” 50 xalla turnir cədvəlinə başçılıq edir, “Mançester Yunayted” isə 38 xalla dördüncü yerdədir.
Xatırladaq ki, Ruben Amorimin istefaya göndərilməsi ilə ingilis Maykl Kerrikin rəhbərlik etdiyi “Qırmızı şeytanlar” 22 turda da çempionluğun əsas favoriti “Mançester Siti”ni məğlub etmişdi.
Seçilən
49
1
yeniavaz.com

2Mənbələr