AZ

"Qarabağ"ın rəqibi mqüdafiəçisinə komandadan ayrılmağa icazə vermədi

BAKI, 26 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Liverpul” klubu futbolçusu Endryu Robertsonla bağlı qərarını verib.

Teleqraf “The Times”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”lə ilkin danışıqlara baxmayaraq, 31 yaşlı müdafiəçini keçidinə icazə verməyib.

Şotlandiyalı müdafiəçi London klubuna krçməkdə maraqlı olsa da, “Liverpul” bütün danışıqları dayandıraraq bu qış onun klubdan ayrılmamasına qərar verib.

Qeyd edək ki, Endryu Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Seçilən
14
teleqraf.com

1Mənbələr