AZ

“Azad İstehlakçılar” İctimayi Birliyinin ümumi yığıncağı keçirilib

25.01.2026-ci ildə “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) 1998-ci ildən  eyni gündə  keçirilən ənənəvi 29 cu ümumi yığıncağı keçırilmışdir. İclasda AİİB-in 14 rayon nümayəndəliyindən  və Bakı ofisindən olan şəxslər iştirak edib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, artıq 29 ildir ki, AİİB üzvləri ildə bir dəfədən az olmayan və AİİB-in nizamnaməsində nəzərdə tutulan ümumi yığıncağa topıaşmışlar. Yığıncaqda 2025-ci ilin yekunlarına dair AİİB-in sədri Eyyub Hüseynovun illik hesabatı, Nəzarət təftiş komissiyasının sədrinin hesabatı,maliyyə hesabatı dinlənilmış və təşkilatı məsələyə baxılmışdır.
Ümumi yığıncaq AİİB-in idarə heyyətinin(İH) tərkibıni olduğu kimi saxlamış, Eyyub Hüseynov  idarə heyyətinin sədri, Miryaqub Ələkbərov İH-nin sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov,Əlisəfa Mehdiyev idarə heyyətinin üzvləri təsdiq edilmişlər.

Nəzarət təftiş komissiyasının (NTK)üzvlərinin tərkibində dəyişiklik olmuşdur. Karikatura ustası Seyran Cəfərli   NTK-na üzv seçilmişdir. NTK-nın tərkibi elmlər doktoru,arxitektor İlqar Əliyev, Nizami Müsayevdən və Seyran Cəfərlidən ibarət  3 nəfər AİİB üzvlərindən ibarət  tərkibdə iseçılmışlər.

İclas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə reyestrdən çıxarış almaq üçün səlahiyyətli şəxs olaraq Eyyub Hüseynovu seçmişdir.

Seçilən
36
2
qht.az

4Mənbələr