AZ

Kunyanın etirafı: “Kerrik komandada birlik yaratdı”

İngiltərə Premyer Liqasının 23-cü turunda “Arsenal” üzərində 3:2 hesablı qələbədən sonra “Mançester Yunayted”in hücumçusu Mateus Kunya baş məşqçi Maykl Kerrikin komandaya gətirdiyi dəyişikliklərdən söz açıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu Kerrikin klubun daxili ruhunu və azarkeşlərin gözləntilərini çox yaxşı bildiyini vurğulayıb.

Kunyanın sözlərinə görə, uzun illər “Mançester Yunayted”də çıxış etmiş Kerrik klubun nə demək olduğunu dərindən anlayır və bunu futbolçulara da hiss etdirir.

Hücumçu qeyd edib ki, baş məşqçi komandaya daim “hamının onlara qarşı olduğu” düşüncəsini aşılayaraq futbolçuları daha da yaxınlaşdırıb. Məhz bu yanaşma sayəsində kollektiv özünü daha birgə və daha güclü hiss etməyə başlayıb.

Qeyd edək ki, hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 38 xalla dördüncü pillədə yer alır.

İdman.Biz
Seçilən
15
1
idman.biz

2Mənbələr