AZ

Abbas Hüseynov Polşada “bürünc” qazandı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas yeniyetmə oğlan sablyaçıların şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Abbas Hüseynov finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
1
futbolpress.az

10Mənbələr