ABŞ-da güclü qar və sərt soyuqlar gətirən fırtına səbəbindən 24 ştatda fövqəladə vəziyyət elan edilib.
QHT.az xəbər verir ki, təxminən 1 milyondan çox insan elektriksiz qalıb, ölkənin şərqində isə nəqliyyat iflic olub. Pis hava şəraiti ilə əlaqədar 10 mindən çox uçuş ləğv edilib, yüzlərlə reys təxirə salınıb. Elektrik kəsintilərindən ən çox Tennessi, Missisipi, Luiziana və Texas ştatları zərər çəkib.
Sinoptiklər qarın və buzlu yağışın davam edəcəyini, ardınca isə rekord dərəcədə soyuq və güclü küləklərin gözlənildiyini bildirirlər. Mütəxəssislərin xəbərdarlığına görə, 200 milyondan çox amerikalı ekstremal hava şəraitinin təsiri altında qalacaq.