AZ

Yaponiya hökuməti Şimali Koreyaya təzyiq göstərmək niyyətindədir

Bakı. Trend:

Rəsmi Tokio Şimali Koreya tərəfindən yapon vətəndaşlarınınoğurlanması məsələsini gündəmə gətirməyə davam edəcək və onlarınvətənə qaytarılması üçün Pxenyana təzyiqi gücləndirəcək.

Trend xəbər verirki, bu barədə Yaponiya Baş nazirinin aparatının rəhbəri MinoruKihara "UPI" agentliyinə açıqlamasında bildirib.

“Biz oğurlanmalar məsələsini qaldırmaq üçün hər bir diplomatikfürsətdən istifadə edəcəyik,” – deyə Kihara vurğulayıb.

Yaponiya Baş nazirinin aparat rəhbəri qeyd edib ki, bu mövzuyahəm Yaponiyanın daxilində, həm də ölkə hüdudlarından kənarda diqqətcəlb olunmalıdır. O, Tokionun bütün oğurlanmış yaponların mümkünqədər tez geri qaytarılacağı vədinə sadiqlik nümayiş etdirməyəçağırıb.

Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaichi iki dövlətarasındakı münasibətlərin müzakirəsi məqsədilə KXDR lideri Kim ÇenIn ilə təkbətək görüşə hazır olduğunu bəyan etmişdi.

Məqalədə:
Seçilən
151
az.trend.az

1Mənbələr