Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumunu yeniləyib.
ONN media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu Yorkun "Comex" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,65% artaraq 5 100,21 ABŞ dollarına bərabər olub.
"Comex"də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 6,17% artaraq 107,58 ABŞ dolları olub.