Bakı, 26 yanvar, AZƏRTAC
İtaliya A Seriyasında XXII turun maraqlı oyunlarından biri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Roma” doğma meydanda “Milan”la qarşılaşıb. Görüşün ilk hissəsində hesab açılmayıb. Hər iki qol ikinci yarıda vurulub.Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda “Milan” 47 xalla 2-ci, 43 xala malik “Roma” isə 3-cü sırada qərarlaşıb.