Azərbaycanın sığorta bazarı inkişafdadır. Ölkədə sığorta həcmi artıq 1,5 milyard manat civarındadır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bu gün rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış "InsurTech" adlı dərs vəsaitinin təqdimat mərasimində deyib.
Xəbər yenilənəcək