“Ukrayna kəşfiyyatı Rusiyanın regional büdcələrinin kritik vəziyyətini ortaya qoyan yeni məlumat əldə edib. Vəsait çatışmazlığı səbəbindən yerli hakimiyyət orqanları inzibati aparat işçilərini ixtisar etmək məcburiyyətində qalırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən yayılan məlumatda deyilir.
Məlumata görə, inzibati işçilərin 20 faizinə qədər ixtisar edilməsi planları müzakirə olunur:
"Büdcədə maaşları verməyə belə pul yoxdur. Hakimiyyət işdən çıxarılan əməkdaşlara başqa vəzifələr təklif etməklə birbaşa işdən azad etməməyə çalışır. Eyni zamanda bu, əlavə bürokratik tələblər və yeni təhsil almaq zərurəti ilə müşayiət edilir, bu da insanlar arasında hiddətə səbəb olur. İnsanlar süni şəkildə başqa bir strukturda işlə təmin olunmaq üçün bir strukturdan faktiki olaraq qovulur, heç bir real iş məzmunu olmayan yeni rəsmi vəzifələr yaradılır". (Axar.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta