AZ

Alpinist xüsusi avadanlıq olmadan 509 metr hündürlüyə qalxıb

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikalı alpinist Aleks Honnold təhlükəsizlik ipi və xüsusi avadanlıq olmadan Tayvanın ən uca - 509 metr hündürlüyündəki "Taybey 101" göydələninə qalxıb.

Reyting.az "Associated Press" nəşrinə istinadla bildirir ki, 1, 5 saat davam edən yüksəkliyi fəthetmə prosesi "Netflix" tərəfindən canlı yayımlanıb.

Honnold binanın künclərindən birini seçib, daha sonra isə kiçik L formalı çıxıntılardan dayaq kimi istifadə etməklə, binadakı bəzək elementlərini əlləri ilə aşıb və elə bu üsulla da, yuxarıya doğru hərəkət etməyə başlayıb.

Tədbir əvvəlcə 23 yanvara planlaşdırılsa da, güclü yağış səbəbindən bir gün təxirə salınıb.

Qeyd edək ki, A. Honnold daha çox ekstremal "free solo" yüksəlişləri ilə tanınır. O, 2017-ci ildə ABŞ-nın Yosemiti parkındakı El Kapitan zirvəsinə təhlükəsizliksiz kəməri olmadan qalxıb və yeni rekord çox böyük əks-səda yaratdığına görə, bu hadisə əsasında çəkilən "Free Solo" filmi 2019-cu ildə nüfuzlu "Oskar" kino mükafatına layiq görülüb.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
reyting.az

1Mənbələr