AZ

İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu

Livanın cənub bölgələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən kütləvi hücumlara məruz qalıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalının məlumat yayıb.

Hücumlar zamanı yerüstü hədəflərə azı 23 hava zərbəsi endirilib.

Məlumata əsasən, hava zərbələri dağlıq Cəbbur ərazisinə və Vadi Barquz dərəsinə endirilib.

Həmin ərazilərdə şiə silahlı qruplaşması “Hizbullah” döyüşçülərinin hərbi infrastrukturu bərpa etməyə cəhd göstərdiyi qeydə alınıb.

Hava hücumları ilə bağlı məlumatlar Qərbi Bəkaa bölgəsində yerləşən Meydun şəhərindən də daxil olub. Hava zərbələrinin nəticələri barədə hələlik ətraflı məlumat verilmir.

Bundan əvvəl İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” sosial şəbəkəsində ərəbdilli açıqlama yayaraq bildirib ki, Livana endirilən yeni hava zərbələri silahların istehsalı və saxlanması üçün istifadə olunan yeraltı obyektləri hədəf alır.

Onun sözlərinə görə, “Hizbullah”ın fəaliyyəti Livan–İsrail atəşkəs razılaşmalarını pozur.

Seçilən
61
cebheinfo.az

1Mənbələr