AZ

Unus kəndində şəhid Nihat Quluzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü münasibətilə Ordubad rayonunun Unus kəndində şəhidimizin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

24 yanvar 2026-cı ildə keçirilən anım tədbirində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəb kollektivi və kənd ictimaiyyətinin üzvləri iştirak ediblər.

Tədbirdə şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub. Çıxışlarda Nihat Quluzadənin həyat yolu və döyüş fəaliyyəti barədə ətraflı məlumat verilib, onun Vətənə sədaqəti, göstərdiyi igidlik və qəhrəmanlıq nümunələri xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması və suverenliyimizin tam bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutulur, şəhid ailələri və müharibə iştirakçıları dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi



Seçilən
10
herbiand.az

1Mənbələr