25 yanvar 2025-ci il tarixdə Azad İstehlakçılar İctimai Birliyinin 1998-ci ildən eyni gündə keçirilən ənənəvi 29 cu ümumi yığıncağı keçırilib. İclasda AİİB-in 14 rayon nümayəndəliyindən və Bakı ofisindən olan şəxslər iştirak edib.
News365.az xəbər verir ki, artıq 29 ildir ki, AİİB üzvləri ildə bir dəfədən az olmayan və AİİB-in nizamnaməsində nəzərdə tutulan ümumi yığıncağa toplanır. Yığıncaqda 2025-ci ilin yekunlarına dair AİİB-in sədri Eyyub Hüseynovun illik hesabatı, Nəzarət təftiş komissiyasının sədrinin hesabatı,maliyyə hesabatı dinlənilmış və təşkilatı məsələyə baxılıb.
Ümumi yığıncaq AİİB-in idarə heyyətinin(İH) tərkibıni olduğu kimi saxlayıb, Eyyub Hüseynov idarə heyyətinin sədri,Miryaqub Ələkbərov İH-nin sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov,Əlisəfa Mehdiyev idarə heyyətinin üzvləri təsdiq edilib.
Nəzarət təftiş komissiyasının (NTK)üzvlərinin tərkibində dəyişiklik olub.Karikatura ustası Seyran Cəfərli NTK-na üzv secilib. NTK-nın tərkibi elmlər doktoru,arxitektor İlqar Əliyev, Nizami Müsayevdən və Seyran Cəfərlidən ibarət 3 nəfər AİİB üzvlərindən ibarət tərkibdə iseçıliblər.
İclas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə reyestrdən çıxarış almaq üçün səlahiyyətli şəxs olaraq Eyyub Hüseynovu seçib.
News365.az