AZ

ABŞ ı gözləyən fəlakət: marketlər sürətlə boşalır, 200 milyon insan...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın 24 ştatında güclü qar və buz səbəbindən fövqəladə vəziyyət elan edilib.

Globalinfo.az xəbər verir ki, ölkənin şərqində təxminən bir milyon sakin elektriksiz qalıb və nəqliyyatın hərəkəti dayanıb.

Yanvarın 25-də pis hava şəraiti səbəbindən 10 mindən çox uçuş ləğv edilib, 930-dan çox uçuş isə təxirə salınıb. Cənubda buz elektrik xətlərini qırıb və ağacları sındırıb.

Sinoptiklər rekord dərəcədə şiddətli soyuqlar, qar və güclü küləyin olacağını proqnozlaşdırırlar:

“Qar bu həftə də davam edəcək, 200 milyondan çox amerikalı hava şəraitinin təsirini hiss edəcək. Fırtına ölkənin əksər hissəsindən keçəcək və dağıdıcı nəticələrə səbəb olacaq”.

Məlumata görə, artıq ölkədə ərzaq mağazalarının rəfləri sürətlə boşalır və bir çox bölgədəki sakinlər yaxın günlərdə evlərində dünyadan təcrid olunma ehtimalına hazırlaşırlar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr