AZ

Bu il elektron siqaretlərlə mübarizə üzrə geniş kampaniya aparılıb

Bu il Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində İctimai Səhiyyə fakültəsinin tələbələri üçün "Nutrisiologiya" və "Qidalanma və qida siyasəti" fənlərinin tədrisinə başlanılıb. İxtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara uyğun tədris materialları hazırlanmaqdadır. Səhiyyə Nazirliyi ilə birgə elektron siqaretlərlə mübarizə üzrə geniş kampaniya aparılıb. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi üçün pilot layihələr həyata keçirilib. Sahibkarlar üçün keçirilən təlimlərdə isə 10 minə yaxın əməkdaşın iştirakı təmin olunub.Təlim Mərkəzimiz rəqəmsal platformaya keçidi üzrə işlərə başlanılıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.

Əli Nəbiyev qeyd edib ki, 2025-ci ildə AQTİ-nin "Halal" uyğunluq sertifikatlaşdırması genişləndirilib, ölkədə ilk dəfə tətbiq edilən "Ulduz-reytinq" layihəsi çərçivəsində isə artıq 3 restoran (Manqal, Dukkan, Çinar) "5 ulduz" sertifikatına layiq görülüb. AQTA və AQTİ ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi. Tələblər” standartı üzrə sertifikatla təltif olunub.

Seçilən
67
ikisahil.az

1Mənbələr