AZ

Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris prosesində süni intellektin tətbiqi istiqamətində mühüm addımlar atılır. İsrailin texnoloji şirkətləri ilə əməkdaşlıq çərçivəsində bu sahədə artıq bir sıra layihələrin icrasına başlanılıb.

Bu barədə AZƏRTAC-a UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova məlumat verib. O bildirib ki, növbəti tədris ilindən süni intellektli professor yardımçısı tələbələrin istifadəsinə veriləcək. Bu yenilik tələbələrə dərs materiallarının daha ətraflı izahı, tapşırıqların yerinə yetirilməsi, fərdi sualların cavablandırılması və akademik göstəricilərin izlənilməsi baxımından dəstək olacaq.

“Müəllimlər süni intellekt imkanlarından yararlanmaqla tələbələrin bilik və bacarıqlarının formalaşdırılmasında daha yüksək nəticələr əldə edə biləcəklər. Eyni zamanda, bu texnologiya tədris prosesinin daha səmərəli təşkili, tələbələrin fərdi ehtiyaclarının müəyyənləşdirilməsi və təhsil keyfiyyətinin artırılması baxımından mühüm rol oynayacaq. Layihənin əsas məqsədi UNEC-də innovativ təhsil mühitinin formalaşdırılması, rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması və universitetin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsidir. Layihə çərçivəsində süni intellekt texnologiyalarının tədris və idarəetmə proseslərinə mərhələli şəkildə inteqrasiyası planlaşdırılır”, - deyə E.Məmmədova bildirib.

Seçilən
9
azertag.az

1Mənbələr