AZ

Ermənistan Azərbaycan vasitəsilə qaz idxal edə bilər

Ermənistan Azərbaycan vasitəsilə qaz idxal edə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Bildirilir ki, Ermənistan faktiki olaraq İran və Gürcüstan vasitəsilə təchizat logistikasında ciddi çətinliklərin olduğunu etiraf edib. İrandakı daxili qeyri-sabitliklə bağlı nəqliyyat və gömrük sistemlərinin işində yaranan fasilələr, eləcə də Hərbi Gürcüstan yolunun hava şəraiti səbəbindən bağlanması fonunda ölkə hakimiyyəti alternativ marşrutları nəzərdən keçirməyə başlayıb. Onlardan biri də Azərbaycan ərazisindən keçən dəmir yolu xəttidir.

Azərbaycan ərazisi vasitəsilə taxıl və neft məhsullarının tədarükünün başlamasından sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qazın (LNG) idxalı imkanlarını da nəzərdən keçirir. Ölkənin İqtisadiyyat Nazirliyi yeni yolun Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi və İran vasitəsilə mövcud istiqamətlərə alternativ kimi nəzərdən keçirildiyini açıqlayıb. 

Erməni ekspertlərin fikrincə, Cənubi Qafqazda iqtisadi münasibətlər əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Ermənistan üçün əsas vəzifə öz sənayesinin bərpası və inkişafı, həmçinin regionun ümumi iqtisadi və istehsal konsepsiyasına inteqrasiyasıdır. Əks halda, risklər yalnız artacaq və hər hansı qlobal böhran ölkə iqtisadiyyatının əsas sektorlarına zərbə vuracaq. 

Qeyd edək ki, sülh gündəliyinə uyğun olaraq, ötən ilin noyabrından etibarən Rusiya və Qazaxıstandan buğdanın Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılmasına başlanılıb. Ötən ilin dekabrında isə Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verilib.

"Cebheinfo.az"

Seçilən
29
cebheinfo.az

1Mənbələr