AZ

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoruna məktub ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Avstraliya İttifaqınınGeneral-Qubernatoru Samanta Mostinə təbrik məktub ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə vəxalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimitəbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərinxalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı,qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolundabundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıqdiləyirəm".

Seçilən
88
46
az.trend.az

10Mənbələr