AZ

Avropa anbarlardan 40 milyard kubmetrdən çox qaz çıxarıb

BAKI, 26 yanvar. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən bəri xalis qaz çıxarılması (qazın çıxarılması və vurulması həcmləri arasındakı xalis fərq) 40 milyard kubmetri keçib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Məlumata görə, 13 oktyabrdan başlayan isitmə mövsümündən bəri Aİ ölkələri anbarlardan ümumilikdə təxminən 46 milyard kubmetr qaz çıxarıblar. Xalis çıxarılma həcmi isə 41 milyard kubmetrə çatıb.

Bu göstərici yayda anbarlara vurulan qazın 75%-dən çoxuna bərabərdir.

24 yanvar tarixində anbarlardan çıxarılan qazın həcmi təxminən 677 milyon kubmetr olub. Hazırda Avropanın yeraltı qaz anbarlarında qalan ümumi yanacaq həcmi cəmi 50,4 milyard kubmetrdir.

Qeyd edək ki, ötən mövsümdə Avropada qazın anbarlardan çıxarılması 28 mart 2025-ci il tarixində başa çatıb və həmin vaxt ehtiyatların 33,57%-i anbarlarda qalıb. Hazırda isə anbarlar 45,59% doludur.

Seçilən
97
teleqraf.com

1Mənbələr