Məşhur aktyor İzzet Günayın səhhətində problem yaranıb.
Far.Az xəbər verir ki, həmkarı Haldun Dormenin cənazəsinə qatılan aktyor cənazə namazı zamanı halı pisləşib və o qəfil huşunu itirib.
Ona vaxtında müdaxilə edilərək ilk tibbi yardım göstərilib. Daha sonra İzzet Günay yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
92 yaşlı aktyor müalicələrin ardından əvvəlki səhhətinə qovuşub. O bu barədə video yayaraq vəziyyyətinin yaxşı olduğunu bildirib.