BAKI, 26 yanvar. TELEQRAF
Ötən il Azərbaycana idxal edilən 421 min ton portağalda rəngləndirici aşkar edilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki,, bu meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb:
"Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib".
Qeyd edək ki, sosial mediada Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirilməsi ilə bağlı məlumatlar yayılıb.