Qərb siyasətçiləri “Oreşnik”in Ukraynanın qərbindəki hərbi obyektə zərbəsindən heyrətə gəliblər.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin RİA Novosti-yə müsahibəsində bildirib.
“Qərbi Ukraynadakı hərbi obyektə zərbə endirən “Oreşnik” sisteminin döyüş istifadəsinə gəldikdə, Qərbdəki həm hərbi, həm də siyasi dairələrdə reaksiya heyrətamiz idi. Xarici ekspertlər etiraf ediblər: onlarda bu silahı bloklamaq üçün texniki vasitələr yoxdur”, - Narışkin söyləyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 9-da “Oreşnik” raket sisteminin istifadəsi barədə məlumat verib. Vurulan hədəflər arasında F-16 və MiQ-29 təyyarələrinin təmir olunduğu Lvov təyyarə təmiri zavodu olub. Orada həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərindəki hədəflərə qarşı istifadə etdiyi uzun və orta mənzilli dronlar da istehsal edilib.
Bəxtiyar CƏFƏRLİ