AZ

İrandakı iğtişaşlarda 30 min adam ölüb? – Bəqayi açıqladı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qərb mediasında ölkədə baş verən iğtişaşlar zamanı guya 30 min nəfərin həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, Bəqayi bu iddiaları “Hitler üslubunda böyük yalan” adlandıraraq bildirib ki, həmin qüvvələr İranda küçələrdə məhz bu qədər insanın öldürülməsini planlaşdırıblar, lakin istəklərinə nail ola bilməyiblər və indi bunu mediada saxtalaşdırmağa çalışırlar.

“Hitler üslubunda böyük yalan: məgər onlar İranda küçələrdə bu qədər insanı öldürməyi planlaşdırmırdılarmı?! Lakin buna nail ola bilmədilər və indi bunu kütləvi informasiya vasitələrində uydurmağa çalışırlar. Bu, doğrudan da amansızlıqdır”, — deyə o, X sosial şəbəkəsində yazıb.

İran rəsmisi Qərb KİV-lərini ölkədəki vəziyyətlə bağlı reallığı təhrif etməkdə ittiham edib.

Aliyə

Seçilən
5
nocomment.az

1Mənbələr